Home Təhsil Bu gün III qrupa qəbul imtahanı keçirilir

Bu gün III qrupa qəbul imtahanı keçirilir

833
0

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi-müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

Previous articleNeft kəskin ucuzlaşdı
Next articleEhtiyatda olan hərbçilər təlim toplanışına çağırıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here