Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ilk turu davam edir.
Dortmund “Borussiya”sı ilk sınağında “Ayntraxt”ı qəbul edib. 7 qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb – 5:2. “Bayer” “Yunion”la səfər oyunundan heç-heçə ilə ayrılıb – 1:1. “Volfsburq” isə “Bohum”la qarşılaşmada minimal hesabla üstün olub.
14 avqust
Almaniya Bundesliqası, 1-ci tur
“Arminiya” – “Frayburq” – 0:0
“Auqsburq” – “Hoffenhaym” – 0:4
Qol: Larsen, 37. Adamyan, 79. Rutter, 87. Rudi, 90+5.
“Volfsburq” – “Bohum” – 1:0
Qol: Veqorst, 22.
“Yunion” – “Bayer” – 1:1
Qol: Avoniyi, 7 – Diabi, 12.
“Ştutqart” – “Qroyter” – 5:1
Qol: Endo, 30. Klement, 36. Kempf, 55; 76. Al Qaddiui, 61 – Levelinq, 90+3.
“Borussiya” (Dortmund) – “Ayntraxt” – 5:2
Qol: Roys, 23. T.Hazard, 32. Haland, 34; 70. Reyna, 58 – Passlak, 27-öz qapısına. Hauqe, 86.
15 avqust
17:30. “Maynts” – “Leyptsiq”
19:30. “Köln” – “Herta”