Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətlərin normallaşdırılması ilə bağlı məsələlərə toxundu.
Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub:
“Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır”.