Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.
Sosialxəbər.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.