Home Cəmiyyət “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

314
0

Sabah, saat 12:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.

Sosialxəbər.az bildirir ki, Qurumdan Axar.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Previous articleQarabağda yaşayan ermənilər gec-tez… – Baş nazir
Next articleErməni hərbçi: Kəlbəcəri yandırdıq, dağıtdıq… – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here