Home DİN 17 bıçaq zərbəsi ilə qətlə yetirilən qadın

17 bıçaq zərbəsi ilə qətlə yetirilən qadın

261
0

Həyat yoldaşını övladının yanında 17 bıçaq zərbəsi ilə qətlə yetirən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Birgə yaşadıqları dövrdə aralarında tez-tez baş verən mübahisələrə görə Nailə Əliyeva dəfələrlə polisə və məhkəmələrə şikayət edib. Elçin Ələkbərov inzibati və cinayət məsuliyyətlərinə cəlb edilib.

O, 2021-ci il iyulun 30-da Nailə Əliyevanın yenidən polisə şikayət etdiyini eşidib və qadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün Gəncədən Bakıya gəlib. Marketdən iki ədəd bıçaq alıb və Xırdalanda yerləşən kafeyə gedib. Nailənin oğlu Aydınla birlikdə ev istiqamətində getdiklərini görüb və onları təqib edib. Sonra yolda Nailə Əliyevanın saçlarından tutub, başını yerdə olan daşa vurub. Bıçaqlardan birini sağ əlinə götürəndə, oğlu ona mane olmaq istəyib. Uşağı itələyərək, yerə yıxıb və onun gözləri qarşısında, Nailə Əliyevaya çoxsaylı xəsarətlər yetirib. Bununla da Elçin Ələkbərov onu həyatdan məhrum edib.

Dindirilmə zamanı Elçin Ələkbərov bildirib ki, xalası qızı Nailə Əliyeva ilə 2003-cü ildə ailə həyatı qurub, lakin rəsmi nikaha daxil olmayıblar. Nailə ilə valideynlərinin təkidi ilə evlənib. Bu nikahdan dörd övladı dünyaya gəlib. Aralarında tez-tez mübahisələr baş verib. Valideynlərinə və uşaqlarına görə Nailə ilə birlikdə ailə kimi yaşamağa məcbur olub. Qadın dəfələrlə onun barəsində polisə şikayət edib. Artıq bu vəziyyətdən bezib və belə yaşamaq istəməyib.

Şahid Aydın Ələkbərli bildirib ki, atası anasını həmişə incidib, döyüb öldürməklə hədələyib. Baş vermiş hadisədən 3-4 ay əvvəl anası ilə birlikdə birdəfəlik Bakıya gəliblər. Böyük qardaşı atası ilə Gəncədə qalıb. 2021-ci il iyulun 30-da Xırdalan dairəsində avtobusdan düşdükdən sonra anası ilə evə gediblər. Arxaya çevriləndə, atasının arxalarınca qaçaraq gəldiyini görüb. Anasını atasının gəlməsi barədə xəbərdar edəndə, artıq atası onlara çatıb. O qadının saçlarından tutub, onun başını daşa vurmağa başlayıb. Atasının anasını bıçaqla vurmasını gördükdə, çox qorxduğu üçün hərəkətsiz vəziyyətdə qalıb. Anasını xəstəxanaya aparsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə iclasında Elçin Ələkbərov ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Ələkbərov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Previous article43 yaşlı kişi dini zəmində öldürdüyü iddia olunur
Next articleBakıda bəzi avtobusların marşurt xətti dəyişdiriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here