Home QHT QHT sədri: Özümə oxşayanla tanış olsam bəlkə məyus olaram 

QHT sədri: Özümə oxşayanla tanış olsam bəlkə məyus olaram 

159
0

– Mən həyatımda həmişə vacib qərarlarımı özüm vermişəm. Çox düşünsəm də, götür qoy etsəm də sonda qərara özüm gəlmişəm.  Hazırda vacib olan ölkədən getmək məsələsidir inandırım sizə artıq 5 ildir bu qərarı verə bilmirəm çox çətin gəlir. 

Siz internetlə söhbətləşməyə üstüllük verirsiniz, yoxsa real həyatda görüşüb söhbət etməyə?

– Realist insan olduğum üçün real həyatda görüşüb, söhbət etməyi və tanış olmağı üstün tuturam.

Sizin elə şeyiniz var ki, onsuz yaşaya bilməzsiniz? 

– Bəli yaşaya bilərəm. Mənim üçün əvəz olunmayan heç kim və heç nə yoxdur. Atam öləndən sonra yaşadımsa deməli yaşaya bilərəm. Çünki mən atamla nəfəs alırdım. 

Əgər o, öləndən sonra nəfəsim dayanmadısa deməli ……………

Həyatınızda məcburən etdiyiniz ən çətin iş nə olub? 

– Bir şeyi etiraf edim. Mən azadlığımı çox sevirəm və ona hansısa sədd qoyulduqda mən özümü deyil,həmin ortamı dəyişirəm. Hətta illərlə əziyyət çəkib qurub yaratdığım nə varsa atıb geriyə baxmadan gedə bilərəm. Mən qadağaları sevmirəm və bunu azadlığımın qarşısında bir məhdudiyyət kimi qiymətləndirirəm. Ən çətin işim illərlə əziyyət çəkdiyim işimi atıb getməyim. 

Son olaraq oxucularımıza nə demək istərdiniz?

– Oxucularıma onu demək istərdim ki, özünüz olun,, özünüzü sevin, dəyər verin və qiymətləndirin.Bir də sizə maneə  törədən nə varsa hamısından uzaq olun.

Previous articleHeydər Əliyev adına Hərbi İnstitutda qonaq olan  Tacikistan MN-in nümayəndə heyəti
Next articleAntalyada hava limanında Ruslar dava saldılar 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here