Home QHT Şəhid Məftun Əhmədzadə doğmaTərtər rayonu Evoğlu kəndində dəfn olundu

Şəhid Məftun Əhmədzadə doğma
Tərtər rayonu Evoğlu kəndində dəfn olundu

135
0

    Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirir. Layihə zamanı Bakının Nizami rayonu və Tərtər rayonunda yaşamış və Vətənimizin azadlığı uğrunda şəhid olmuş igidlərimiz barədə kitab nəşr olunacaq. 

Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 nəfər hərbi qulluqçusu şəhid olub.
Şəhid olanlar arasında Tərtər rayonu Evoğlu kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər, 1996-cı il təvəllüdlü Əhmədzadə Məftun Seymur oğlu da var. Şəhidimizin cənazəsi 16 sentyabr tarixində doğulduğu Evoğlu kəndinə gətirilib. Şəhidin təntənə ilə qarşılanması və dəfn mərasiminin təşkil olunmasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov və BƏCİB-in digər üzvləri də iştirak etmişlər. Vətənimizin azadlığı uğrunda canından keçən Məftunun və digər şəhidlərimizin xatirəsi daima xalqımız tərəfindən əziz tutulur. Şəhidlərimiz, qazilərimiz gələcək nəsillərə əsil qəhrəmanlıq nümunəsidirlər. Şəhid valideynlərinin hər birinin qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Əminik ki, onların qisası alınacaq.

Məlahət Abdullayeva
17.09.2022
Previous article“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i “Müasir köləliyə biganə qalma!” layihəsinin icrasına başlayıb
Next article“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i “Narkotik maddələr tələdir!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here