Home Cəmiyyət Şabranın bəzi kəndlərində yanğınlar söndürüldü

Şabranın bəzi kəndlərində yanğınlar söndürüldü

321
0

Şabran rayonunun Zeyvə kəndində baş vermiş yanğın söndürülüb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Report-a Zeyvə kənd icra nümayəndəsi Cavid Məmmədov məlumat verib.

Onun sözlərinə görə, kənd ərazində təxminən 100 hektara yaxın meşə massivi, kol-kos yanıb:

“Evlərə ziyan dəyməyib. Yalnız meşə ərazilərinə ciddi ziyan dəyib. Həmin ərazilər də ötən gecə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb”.

C.Məmmədov söyləyib ki, ötən gecədən kənd ərazisində elektrik təchizatı bərpa edilib:

“Bu gün isə qaz təchizatı bərpa olunacaq”.

İcra nümayəndəsi bildirib ki, rayonun Pirəbədil, Sumağava, Sumağava Qazma Zöhramı kəndlərində baş verən yanğınlar da söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin ərazidə olan əməkdaşları isə deyib ki, Şabran rayonunda baş verən yanğınların çox hissəsi söndürülüb, yalnız Çuxurazəmi kəndindəki meşə massivində tədbirlər davam edir.

Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb.

Previous articleİran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanında – Foto
Next articleXəzərdə batan şəxsin meyiti tapıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here