Home Hadisə Azərbaycanda ana 6 aylıq körpəsini satmaq istəyir – Video

Azərbaycanda ana 6 aylıq körpəsini satmaq istəyir – Video

686
0

Azərbaycanda ana 6 aylıq uşağını satmaq istəyir. Körpənin satılmasından qorxan nənə onu sığınacağa təhvil verib. 

Sosialxəbər.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Xəzərxəbər”ə açıqlama verib. O bildirib ki, körpənin nənəsi qızın hər an gəlib uşağı qaçırmasından və yenidən satmağa çalışmasından qorxur:

“Qadının 19 yaşı var və uşaq qeyri-rəsmi münasibətdən dünyaya gəlib. Nənəsinin dediklərindən məlum olub ki, qadın uşağı satmaq üçün bir dəfə kiməsə verib. Qarşı tərəf sənədləşmə işinə gedəndə anlayıb ki, bu prosedur belə olmamlıdır. Nənə uşağın həyatına görə qorxur. Artıq 5 gündür ki, körpənin anası evdən gedib. Hazırda körpənin təhlükəsizliyi polis tərəfindən təmin edilir”.

Qeyd edək ki, aiddiyyəti qurumlar tərəfindən yaxın zamanda körpə uşaq evinə yerləşdiriləcək.

Previous articleMehdiyev maşınlarını bu ölkədə “zirehli” etdirib
Next articleİslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaqlar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here