Home Şou-biznes “Qorxdular ki, birdən mənə qarşı xəta törədər” – Nazpəri

“Qorxdular ki, birdən mənə qarşı xəta törədər” – Nazpəri

843
0

“Cangüdənlə gəzən müğənnilər bunu reklamları üçün edirlər. Sənətə heç bir şey lazım deyil. Yalnız sənətin və özün. İnsanlığını itirmə. Sənətə gəldinsə, bir sənətini və bir də xalqın musiqisini qoru. Cangüdənə isə ehtiyac yoxdur”. 

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Günün sədası” verilişində qonaq olarkən deyib. Sənətçi konsertlərinin birində başına gələn hadisədən də danışıb: 

“Bütün konsertlərimdə cangüdən olub. Konsertin gedişatı, pərəstişkarların özünü saxlaya bilmədiyi üçün cangüdən lazımdır. Heç yadımdan çıxmaz. Zaqatalada konsert verirdim. Bir oğlan pərəstişkarım aşağıdan necə hoppandısa səhnəyə ki, gəlsin məni qucaqlasın, öpsün. Bilmədilər nə üçün həmin oğlan qaçdı, qorxdular ki, birdən mənə qarşı xəta törədər. Bunu görən musiqiçilər həmin gəncə yaxınlaşıb, ona düzgün hərəkət etmədiyini söylədilər. O anda oğlanın ürəyi getdi. Təcili tibbi yardım gəldi. Elə konsertim olmadı ki, orada təcili tibbi yardım olmasın. Əgər bu sevginin önündə mən zədələnsəm də, o sevgidən alacağım zədəyə hazıram, qoy olsun”.

Previous articleİpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir – VİDEO
Next article“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here