Home Cəmiyyət Tarixi abidənin ürəkağrıdan mənzərəsi – Video

Tarixi abidənin ürəkağrıdan mənzərəsi – Video

101
0

Zaqataladakı Alban kilsəsi sözün həqiqi mənasında soyqırıma məruz qalıb. Və çox təəssüf ki, bu vandalizmi törədən, Azərbaycan tarixini məhv edən elə özümüzük. Şəhərin mərkəzində yerləşən kilsə qırmızı kərpicdən tikilib. 1953-cü ilə qədər kilsə olaraq fəaliyyət göstərib. Kilsənin inşası zamanı Şərq memarlığı elementlərindən istifadə olunub. Çöl divarlarındakı səkkizgüşəli xaçlar da diqqət çəkir. Bəzi məlumatlara görə, Sovet hakimiyyəti dövründə kilsə divarları boyanıb, sonradan isə burada yanğın baş verib. Hazırda bu tarixi tikili baxımsız vəziyyətdədir. Kilsənin divarları boyalarla rənglənib, kimisi “sevgi” etirafı, kimisi sosial şəbəkə hesabını, kimisi isə əxlaqsız ifadələr yazıb. Kilsənin içərisinə və həyətinə içdikləri içkilərin boş qablarını, yedikləri yeməklərin zibillərini atıblar. Kimisi isə az qala kilsənin həyətinə ip asıb, öz paltarlarını qurudur. Mənzərə o qədər dəhşətli, o qədər ürəkağrıdıcıdır ki!

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sözçüsü Nuridə Allahyarova Axar.az-a bildirdi ki, həftədə ən azı iki dəfə abidənin içərisində və həyətində təmizlik işləri aparılır:

“Kilsənin divarlarının yazılmasına gəlincə, biz qurum olaraq bunun qarşısını almaq üçün abidənin pəncərələrinə dəmir barmaqlıqlar quraşdırdıq. Amma çox təəssüf ki, həmin dəmir barmaqlıqlar də sındırıldı. Sözügedən abidəyə kənardan qanunsuz müdaxilə edənlərlə bağlı ümumi aktlaşdırma apara bilirik. Lakin bununla bağlı cəza tədbirlərinin görülməsi aidiyyəti qurumların səlahiyyətindədir. Biz abidəyə qanunsuz müdaxiləyə görə həmin şəxslərə cəza verən qurum deyilik. Qurumun həmin müdaxilələrlə bağlı toplanmış aktları var. Həmin aktlar müvafiq instansiyalara yönləndirilib”.

N.Allahyarova qeyd edib ki, tarixi abidələrin bərpa olunması ilə bağlı investisiya siyahısı hazırlanır:

“Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti investisiya ayrılacağı təqdirdə bərpa quruculuq işlərini icra edir. Dünyanın heç bir ölkəsində tarixi abidələrin hər biri ayrı-ayrı mühafizəçilərlə qorunmur. Burada vətəndaş mühafizəkarlığı çox önəmlidir”.

Previous articleBakıda qamışlıq ərazi yanır
Next articleMilli Kino Günüdür

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here