Home QHT “Avropa İttifaqının maliyyə dəstəyi ilə səfərlər təşkil edildi

“Avropa İttifaqının maliyyə dəstəyi ilə səfərlər təşkil edildi

481
0

Ötən günlərin birində elana rast gəldik. “Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil ediləcək. O da qeyd edilmişdi ki,nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanacaq.

Turda məqsəd “Açıq Təsərrüfat Günləri” yerli turistlər arasında aqrar turizm konsepsiyasını və layihəyə cəlb olunmuş turizm məkanlarını təbliğ etmək, şəhər və kənd icmaları arasında əlaqəni gücləndirmək və iştirakçı təsərrüfatlara yeni və ya təkmilləşdirilmiş turizm xidmətlərini sınaqdan keçirmək imkanı təmin etməkdir.

Qeydiyyatdan keçdik. Nəzərdə tutulmuş avtobuslar 23 iyul tarixində səhər saat 08:00-da Bakı şəhəri, Nizami metro stansiyasının qarşısından yola düşdük. Yolçular sırasında jurnalistlər, QHT rəhbərləri, digər peşə sahibləri də vardı. Bələdçi qeyd etdi ki, gedəcəyimiz məkan Astara rayonunda yerləşən “Yaşıl Göl” təsərrüfatıdır.

Qeyd edilən məkana gəldik. Kənardan hiss olunmasa da əraziyə daxil olanda qəribə mənzərə ilə rastlaşdıq. Hər yer yaşıllıqdı. Göl, fındıq, sitrus bağları, çəltik əkinləri və s. kimi cəlbedici gözəlliklərə tamaşa etməyə başladıq. Böyük zəhmət hesabına salınan bu məkan çox gözəl turizm obyektinə çevrilə bilər. Xarici ölkələrin istirahət mərkəzlərindən heç də geri qalmır. Düzdü bura əslində kənd təsərrüfatı təyinatlı məkandır. Amma istirahət, dincəlmək, şəhərin küyündən tam rahatlaşa bilirsən. Axı bununla müsbət enerji ilə yüklənməklə həm də cəmiyyətə ötürürsən. Beləliklə bir neçə saat istirahətdən sonra tezliklə Azərbaycanın böyük turizm məkanı olması arzusu ilə geriyə döndük. Bu şəraiti bizə yaradan layihə icraçılarına minnətdarlıq bildiririk.

Mətanət Əsgərqızı

Previous articleQoşulmama Hərəkatının Gənclər Sammiti başladı
Next articleTehran Bakıdakı səfiri hansı “təlimat” üçün çağırıb?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here