Home Şou-biznes Leyla Quliyeva həyat yoldaşı ilə olan görüntülərindən danışdı

Leyla Quliyeva həyat yoldaşı ilə olan görüntülərindən danışdı

340
0

Aparıcı Leyla Quliyeva həyat yoldaşı Abbas Quliyevlə yayılan görüntülərindən danışıb.

Sosialxəbər.az xəbər verir ki, birlikdə Xalq artisti Miri Yusifin konsertinə gedən cütlüyün görüntüləri mediada paylaşılmışdı. “10-da görüşək” proqramında qonaq olan aparıcı bunla bağlı sualı cavablandırarkən bunları deyib:

“Məşhur filmimizdə deyir ki, mənim ixtiyarım yoxdur ayda bir dəfə arvadımla bazara gedim? Durduq ailəvi gəldik Miri Yusifin konsertinə. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə, hansı rakursdan? Əyləşmişik, oturub konsertə baxırıq, deyib-gülürük. Konsertin də konsert davranışı var. Bu, rəsmi qəbul, ziyafət, dini ritual icra olunan yer deyil. Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə” başlığı da var. Səliqəlidir. Yanlış ifadə edənlərə etirazımı bildirdim. Oxunsun deyə elə başlıq qoyurlar ki, adam infarkt keçirir ki, görəsən, nə oldu?”.

Qeyd edək ki, cütlüyün iki övladı var. 

Previous articleAğdaş sakini faciəvi şəkildə öldü
Next articleNeft ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here