Home Şou-biznes Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

97
0

Tanınmış rəssam Rakif İsmayılov vəfat edib.

Sosialxəbər.az “Qafqazinfo”a istinadən məlumatına görə, o, 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə onun ayağı amputasiya olunmuşdu.

Qeyd edək ki, R.İsmayılov Masallının Ağakişibəyli kəndində anadan olub. O, Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Daha sonra Moskvada təhsilini davam etdirib, Xalq rəssamı Tahir Salahovdan 4 il təhsil alıb. Ölkədə portretçi rəssam kimi tanınıb. İsmayılov son illərini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib.

Previous article“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar BAŞLADI
Next articlePulları mikrofona sarıyıb oynadı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here