Home Hadisə Klinika rəhbərliyi ağacları kəsdiyinə görə cəzalandırıldı

Klinika rəhbərliyi ağacları kəsdiyinə görə cəzalandırıldı

647
0

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov, eləcə də Bərdə, Ağdam və Balakən rayonlarında ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 34330 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Faktlarla bağlı “Leyla Medical Center” Klinikası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, həmçinin fiziki şəxslər Bərdə rayon sakini Yaqub Nəbiyev, Ağdam şəhər sakini Vəli Əfəndiyev və Balakən rayon sakini Məhərrəm Cəlilov barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Previous articleNazirlər Kabineti önündə aksiya… – DİN-dən xəbərdarlıq
Next articleQurban bayramında metroda iş qrafiki belə olacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here