Home QHT “Ucalıq” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirildi

“Ucalıq” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirildi

187
0

Sosialxəbər.az xəbər verir ki, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İmişli rayonunda “Ucalıq” qısametrajlı sənədli-bədii filmin təqdimatı A.Eminov adına 7 saylı İmişli şəhər orta məktəbində keçirilmişdir.

Tədbirdə İmişli rayon İcra Hakimiyyəti nümayəndələrindən Rüfət Muradov, Nizami Məmmədov, Valeh Kərimov, Akşin Əlizadə, şəhid Elməddin Əhmədzadənin valideyinləri, A.Eminov adına 7 saylı İmişli şəhər orta məktəbin direktoru Ramil Möhbalıyev, Buludlu kənd orta məktəbin direktoru Əli Nəcəfli, 35 saylı məktəbin direktoru Şahnaz Şükürzadə, 35 saylı məktəbin tarix müəllimi Camal Sadıqov, Əliqulular kənd orta məktəbin direktoru Saxavət Tağlar, 36 saylı məktəbin direktoru Aimə Xudiyeva, Füzuli rayon 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Hüseynova, şəhid ailələri, Qarabağ qaziləri və müəllim kollektivi olmaqla 85 nəfər iştirak etmişdir.

İlk öncə tədbirdə Azərbaycan himni səsləndirildi və sonra Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açılış nitqi ilə başlayan layihənin ssenari müəllifi Sənan Əlibıyov Layihə haqqında məlumat verərərk qeyd etdi ki, bu film Ali baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun 44 günlük keçdiyi rəşadətdən və böyük qələbəmizdən bəhs edir.

Erməni qəsbkarlarına qarşı verdiyi kəskin qərardan sonra, qoşunların təmas xətdində baş verən döyüşlərdə, hərbiçilərimizin rəşadətli igidliyindən bəhs edir.

Vətənpərlik mövzusunu əhatə edən filmin əsas qayəsi, gənclərimizin vətənpərvərliyə, döyüş əzmikarlığının artırılmasına, dövlətçiliyə və Ali Baş Komandanın ətrafında sıx birləşməsinə çağırış etməsidir. Vətənpərlikdən bəhs bu qısa metrajlı sənədli film döyüşlərdə qəhramancasına həlak olmuş, xüsusi qəhramanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəlmiş, Elməddin Əhmədzadənin həyatından bəhs edir. Bu nümunədir, bu əxlaqdır və bu şərəfli həyat sürən qəhramanlıq nümunəsi olan əsgərlərimizin vətənə sevgisidir.

Layihənin rəhbəri Gəray Əlibəyov, ssenari müəllifi Sənan Əlibəyov, quruluşçu rejissor Ötkəm İskəndərov, operator Rais Bəhramidir. Sonra filmin təqdimatı həyata keçirildi.

Filmin təqdimatından sonra tədbirə dəvət olunmuş qonaqlardan İmişli rayon İcra Hakimiyyəti nümayəndələrindən Rüfət Muradov, Nizami Məmmədov, Valeh Kərimov, Akşin Əlizadə, şəhid Elməddin Əhmədzadənin valideyinləri, A.Eminov adına 7 saylı İmişli şəhər orta məktəbin direktoru Ramil Möhbalıyev, Buludlu kənd orta məktəbin direktoru Əli Nəcəfli, 35 saylı məktəbin direktoru Şahnaz Şükürzadə, 35 saylı məktəbin tarix müəllimi Camal Sadıqov, Əliqulular kənd orta məktəbin direktoru Saxavət Tağlar, 36 saylı məktəbin direktoru Aimə Xudiyeva, Füzuli rayon 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Hüseynova, Qarabağ qaziləri və şəhid ailələri Elməddin Əhmədzadənin qəhrəmanlığından və film haqqında öz təəssüratları və fikirlərini bildirdilər.
Sonda layihənin ssenari müəllifi Sənan Əlibəyov “Ucalıq” qısametrajlı sənədli-bədii filminin ərsəyə gəlməsində layihəyəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürümüzü bildirdi.

Previous articleAzərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Next articleErmənistanda müsabiqə: Bakı təmsilçi göndərəcəkmi?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here