Home Milli Məclis Millət vəkili yeganə övladı şəhid olan ana ilə görüşdü

Millət vəkili yeganə övladı şəhid olan ana ilə görüşdü

205
0

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Elməddin Hüseynzadənin anası Arzu xanım Hüseynova ilə görüşüb.

Sosialxəbər.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid ailəsinin qayğıları, ananın ürək sözləri dinlənilib.

Q.Paşayeva müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən millət vəkilləri üçün örnək olduğunu vurğulayaraq, şəhidin əziz ruhuna dərin ehtiramını bildirib.

Qeyd edək ki, Elməddin Arzu xanımın yeganə övladı olub və ana öz övladını təkbaşına böyüdüb, boya-başa çatdırıb. Elməddin Fərman oğlu Hüseynzadə (24.03.1998, Bərdə – 29.09.2020) 2016-2018-ci illərdə hərbi xidmətdə olub. Əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra yenidən həyatını Ordu ilə bağlayıb.

Müharibənin ilk anlarından fədakarcasına döyüşən Elməddin Hüseynzadə Ağdərə-Suqovuşan istiqamətindəki döyüşlərdən birində şəhid olub. O, Bərdənin Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

Elməddin Hüseynzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Previous articleİran Azərbaycanla sərhədini bağladı
Next articleBakıda tamada toyda BIÇAQLANDI, oğlu xəsarət aldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here