Home İdman “Qarabağ” bu gün Avropada ilk oyununa çıxır

“Qarabağ” bu gün Avropada ilk oyununa çıxır

2091
0

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Sosialxəbər.az xəbər verir ki, rəqib Rumıniya “Botoşani”si olacaq.

Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. “Qarabağ” həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” klubları ilə üz-üzə gələcək.

“Botoşani” ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında “Universitatya Krayova”ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.

Previous articleBalakəndə ağır qəza: 2 ölü, 5 yaralı
Next articleVəzifədə olan 6 diplomsuz şəxs işdən çıxarıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here