Home QHT Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları...

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib

203
0

Sosialxəbər.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə 16-19 iyun tarixlərində Lənkəranda “Atalar və övladları üçün düşərgə” təşkil edilib. 50-dək gənc ata və övladının qatıldığı düşərgənin keçirilməsində əsas məqsəd atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq və onların birgə faydalı, əyləncəli vaxt keçirməsinə şərait yaratmaqdan ibarət olub.

Düşərgə çərçivəsində atalar üçün ailə bağlarının gücləndirilməsinə, ailədaxili ünsiyyətin düzgün qurulmasına və istiqamətləndirilməsinə yönəlmiş təlimlər keçirilib, həmçinin övladları ilə ataların birgə fəaliyyətini nəzərdə tutan intellektual və əyləncəli oyunlar təşkil olunub.

Belə ki, düşərgə zamanı uşaqlar Forest School təhsil yanaşması və inkişaf istiqamətlərinə uyğun olaraq təbiətdə sağ qalmaq, çıxılmaz vəziyyətlərdə davranış, peşə bacaqları, təbiətdə STEAM, bionika, müxtəlif fiziki, emosional, psixoloji, sosial və intellektual fəaliyyətlərlə məşğul olublar. Atalar isə mütəxəssislər tərəfindən keçirilən “Seviginin 5 dili”, “Məsuliyyətli atalıq və onun funksiyaları”, “Qız övladını böyütməyin nümunələri, dərkolunması” ilə bağlı təlim sessiyalarına cəlb olunublar. Həmçinin iştirakçılar ata və övlad bağlarının refleksiyası ilə bağlı sorğularda iştirak edib, birgə zaman keçirmənin faydaları haqqında simulyativ sessiyalara, müxtəlif əyləncəli müsabiqə, oyun və fəaliyyətlərə qatılıblar.

Düşərgənin sonuncu günü iştirakçılar cənub bölgəsinin tarixi-mədəni abidələrinə, unikal təbii ərazilərinə səfər edib, bölgənin yerli xüsusiyyətləri ilə tanış olublar.

Qeyd etmək lazımdır ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilib.

Previous articleAzərbaycanlı şagirdlər Türkiyədə qızıl medal aldılar
Next articleİranın düzəltdiyi “şeyx” Şeyxdən Borçalını aldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here