Home Hərbi Ordumuzun Türkiyədəki təlimindən yeni – Video

Ordumuzun Türkiyədəki təlimindən yeni – Video

1073
0

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

Previous articleAzərbaycanın Ukrayna ilə bağlı bu addımı… – Şmıqal
Next articleBakıda ağacı qanunsuz budayan şəxs cəzalandırıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here