Home Milli Məclis Millət vəkili Ağdamda qazilərlə görüşdü

Millət vəkili Ağdamda qazilərlə görüşdü

122
0

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva V Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirildiyi Quzanlıdakı Ağdam Muğam Mərkəzində bir qrup şəhid ailəsi, qazi və türk dünyasından aydınlarla görüşüb.

Sosialxəbər.az xəbər verir ki, görüşdə Həmzə Nigari nəslinin təmsilçiləri, Laçının Cicimli kənd nümayəndələri və simpoziumun təşkilatçılarından olan Amasiya Universitetini təmsil edən alimlər, Amasiyadakı Azərbaycan Türkləri Kültür Sənət və Dayanışma Dərnəyi rəhbərliyi də iştirak edib.

“Həmzə Nigari özü Laçının Cicimli kəndində doğulub. İndi onun doğulduğu kənd də daxil olmaqla, torpaqlarımız azaddır. 44 günlük müharibədə, ümumən son 30 ildə haqlı davamıza mənəvi dəstək göstərən qardaş ölkəmizə, aydınlara könül dolusu təşəkkür edirik”, – millət vəkili bildirib.

Görüş qarşılıqlı müzakirələrlə davam edib.

Qeyd edək ki, V Beynəlxalq Həmzə Nigari Simpoziumu 17 mayda öz işinə başlayıb və ötən gün yekunlaşıb.

Previous articleAstarada məktəb yandı
Next article” Şəhidlər ölməz, Vətən bölünməz” kitabının təqdimatı keçirildi-FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here