“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin son turu.
“Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini icra edir.
Layihədə məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir.
Layihə çərçivəsində əcnəbilərə Azərbaycanın müxtəlif regionlarına turlar təşkil edililib.Onlar Bakı, Şamaxı,İsmayıllı rayonlarında səyahətdə olublar.
Rayonlara səfərin son dayanacağı Qəbələ rayonu oldu. Əcnəbilər Qəbələdə maraqlı tarixi yerləri gəzdilər.Ən çox da Nöhür gölün gözəlliyinə valeh oldular. Səhər , günorta yeməyi və axşam çay süfrəsi arxasında təəssuratlarını bölüşənlərin çoxu Azərbaycandan getməmək qərarına gəldiklərini dilə gətirdilər. Azərbaycan xalqının tarixinə bağlı olduğunun şahidi olduqlarını,gözəl ənənələrinin, təbiətinin böyük sərvət olduğunu xüsusi qeyd etdilər.
Daha sonra xüsusi ayrılmış avtobusla geri dönüblər.





