Home DİN Zaqatala polisindən əməliyyat: narkotacir tutuldu

Zaqatala polisindən əməliyyat: narkotacir tutuldu

233
0

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı Y.Həbilovdan sellofan torbada satış məqsədilə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Y.Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Previous articleŞəmkirdə qatar 2 qadını vurdu
Next articleABB ağacəkmə aksiyasında iştirak etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here