Home QHT Qarabag veteranına psixoloji yardım

Qarabag veteranına psixoloji yardım

244
0

Sosialxəbər.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə zamanı 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, müsbət həlli istiqamətində işlər görülüb.

                                      Layihənin psixoloqu İbrahim Əsədli bu dəfə BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, “Türk dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü, Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis əməkdaşı Həsənağa Bayramovla seans keçmişdir. Tərtər Rayon Polis Veteranlar Cəmiyyətinin sədr müavni Həsənağa Bayramov 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Tərtər Rayon İcra Hakimiyyətində yaradılan Hərbi Qərərgahın üzvü olub. Müharibə zamanı Həsənağa Bayramov gecə-gündüz sükan arxasında olub, rayona atılan raket, bomba nəticəsində dağılan evlərin qeydiyyata alınmasında, yaralıların danışmasında, şəhidlərin dəfn olunmasında, yardımların döyüş nöqtəsindəki hərbçilərimizə çatdırılmasında, hətta təxribatçıların aşkar olunmasında yaxından iştirak edib. 

Bütün bu hadisələr zamanı Həsənağa Bayramov böyük sarsıntı, psixoloji gərginlik keçirib.

Əsəbləri, yuxusu pozulub. Bunların nəticəsində müharibədən sonra o, ağır cərrahiyyə əməliyyatı da keçirib.

Layihənin psixoloqu İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində Həsənağa Bayramovun vəziyyəti xeyli yaxşılaşdı, gərginliyi aradan qalxdı.

Buna görə təşəkkürünü bildirdi. Həsənağa Bayramova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edildi.

Previous articleXaricdə təhsil üçün sənəd qəbulunun tarixi açıqlandı
Next articleBakıda küçədə kişi bıçaqlanıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here