Home QHT Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesi davam etdirilir

Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesi davam etdirilir

248
0

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi nəzdində fəaliyyət göstərən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar” Gəncə şəhərində “ST production” şirkəti tərəfindən təşkil olunan sirkdə iştirak etmişdir. Uşaqlar öz valideynləri ilə birlikdə bu əyləncə proqramına qatılmışdır və bu onların böyük sevincinə səbəb olmuşdur.

Bu barədə Sosialxəbər.az-a ictimai birliyi idarə heyətinin sədri Aynur Əliyeva məlumat verib. Qeyd etmək lazımdır ki, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların” Reabilitasiya Mərkəzində həmin uşaqlar üçün loqoped xidməti, sosial işçi xidməti, idman və intensiv oyunlar üzrə xidmət, uşaq inkişafı üzrə mütəxəssis və psixoloq xidmətləri həyata keçirilir.

Bu günə qədər 1200-dən çox uşaq bu xidmətlərdən yararlanmışdır. Eyni zamanda, uşaqların təşkil olunan kütləvi tədbirlərdə və əyləncələrdə iştirak etməsi onların cəmiyyətə inteqrasiya olunması prosesinə müsbət təsirini göstərir, onların cəmiyyətdən təcrid olmalarının qarşısını alır. Onların tipik uşaqlarla birlikdə həyata keçirilən tədbir və əyləncələrdə iştirak etməsi, uşaqların adaptasiya prosesinə müsbət təsir göstərir və bunun da nəticəsində onlar özlərini unudulmuş hesab etmirlər.

Previous articleRəfail Becanov: “Rusiya tərəfi obyektivliyə belə loyal yanaşa bilmir”
Next articleQazilərə Bakı şəhərində səyahətlər təşkil olundu – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here