Home QHT “İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları” layihəsinin...

“İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları” layihəsinin ilk tədbiri keçirilib

61
0

İmişli şəhəri, Fin qəsəbəsində yerləşən İcra nümayəndəliyində məcburi köçkünlərlə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin (İRNİB) icra etdiyi “İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları ” layihəsinin ilk tədbiri keçirilib.
İctimai Birliyin sədri layihənin fəaliyyəti və mahiyyəti haqqında məlumat verib,layihə çərçivəsində İmişli və Füzuli rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulduğunu qeyd edib.Sonra layihənin məqsədi haqqında iştirakşılara məlumat verib.Layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki,  işğaldan azad edilən ərazilərdə sürətli məskunlaşma, məskunlaşmada könüllü iştirakçılığı təşviq etmək, hökumətin məskunlaşdırma siyasətinin dəstəklənməsi, məcburi köçkünlərin həmin ərazilərdə sosial-iqtisadi həyatın necə təşkil ediləcəyi haqqında məlumatlılıq səviyyəsinin artırılması vacib məsələlərdən biridirib.
Tədbirdə iştirak edən İmişli rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abışov Asif, Məşğulluq Agentliyinin İmişli rayon Regional İdarəsinin böyük mütəxəssisi Fətullayev Mirəsədullah, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin İmişli rayon ərazi üzrə baş məsləhətçisi Qurbanov Bəhruz tədbir iştirakşılarına son illər görülən işlər haqqında məlumat verib və sakinlərin yaşadıqları ərazidə üzləşdikləri problemləri və sualları cavablandırıblar.Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib,birbaşa aidiyyatlı qurumların nümayəndələrinə müraciətlər olunub, suallar cavablandırılıb.Tədbiri yekununda “İnkişaf və Rifah Naminə” İctimai Birliyin sədri, layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü  bildirir.

Previous articleSumqayıt məktəblərində Zəfər tarixi ilə bağlı tədbirlər keçiriləcək
Next articleAzərbaycanlı əsirlərə bu kəndə daş döşədiblər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here