Home Cəmiyyət Birinci vitse – prezidentin fəaliyyətinin 5 illiyi münasibəti ilə təbrik etdi

Birinci vitse – prezidentin fəaliyyətinin 5 illiyi münasibəti ilə təbrik etdi

200
0

Birinci vitse-prezidentliyin 5 ili.
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür.O, bu beş ildə hansı işləri gördü?İki məsələnin üzərində xüsusi dayanmaq istərdim. İlk öncə onun milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi mühüm addımları xüsusi vurğulanmalıdır. Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin, habelə Zirə Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi xanım Mehriban Əliyevanın Azərbaycanın mədəni dəyərlərinin qorunması və təbliğatı sahəsində layihələrinin tərkib hissəsidir. O, muğamın inkişafına və təbliğatına böyük xidmət göstərir.
Xanım Mehriban Əliyevanın Birinci vitse-prezident kimi geniş fəaliyyətinin nəticəsidir ki, istər 2016-cı il aprel döyüşləri , istərsə də 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində döyüşlərdə yaralanan əsgər və zabitlərin müalicəsini nəzarətə götürməsi və şəhid ailələrinin yaşayışının yaxşılaşdırılması üçün gördüyü işlər onu bir daha Azərbaycan insanına sevdirdi.Əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiyasına və cəmiyyətə inteqrasiya məsələlərinə daim qayğılar göstərilir. Gərgin əməyinə görə xanım Mehriban Əliyevaya uğurlar diləyir, minnətdarlıq bildiriəm. Hər zaman uğur yol-yoldaşı olsun!
Şəbnəm Rəfaelqızı Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri.

Previous article“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-i yeni bir layihənin icrasına başlayıb
Next articleYeganə şans Əliyevdir – Razuvayevdən sensasiya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here