Home DİN Avtoşluq edib videolarını Tik-Tokda paylaşdı: həbs edildi

Avtoşluq edib videolarını Tik-Tokda paylaşdı: həbs edildi

249
0

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb.

Sosialxəbər.az bildirir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi VAZ-2106 markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün Tik-Tok sosial şəbəkə hesabında paylaşıb.

İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Previous article“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır
Next articleBərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here