Home QHT Autizm spektri pozuntusu, daun sindromlu uşaqlara sosial reabilitasiyasına dəstək göstəriləcək

Autizm spektri pozuntusu, daun sindromlu uşaqlara sosial reabilitasiyasına dəstək göstəriləcək

239
0

“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır.

Bu barədə Sosialxəbər.az -a birliyin rəhbəri Zeynəb Hacıyeva məlumat verib. O,bildirir ki, layihənin əsas məqsədi autizm spektri pozuntusu,daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını həyata keçirməklə onların cəmiyyətə adoptasiyasını təmin etmək,ailələri sosial sahədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Uşaqların inkişafındakı əqli,nitq,fiziki,psixoloji və sosial sahələri inkişaf etdirmək üçün ixtisaslaşmış təlimlərin təşkili onların həm cəmiyyətdə,həm də evdə insanlarla olan ünsiyyət problemini aradan qaldırmaqla,müxtəlif məşğuliyyətlərə cəlb olunmasına şərait yaradacaqdır.Hal-hazırda ictimai birlik layihənin ilkin mərhələsini həyata keçirir.
Sumqayıt Tibb Mərkəzi ilə əməkdaşlıq etməklə ixtisaslaşmış həkim heyəti ilə görüşlər keçirir,layihə haqda məlumat verir və şəhər xəstəxanalarının poliklinika şöbələrində qeydiyyatda olan ən ağır şəraitdə yaşayan ailələrdəki uşaqların reabilitasiyaya cəlb olunması həyata keçirilir.Layihə çərçivəsində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdə(ailə başçısı itirilmiş, valideynləri müxtəlif ağır xəstəlikdən əziyyət çəkən, şəhid və diğər kateqoriyalı)yaşayan 3-18 yaş arası autizm spektri, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən 25 sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası həyata keçiriləcəkdir.Layihəyə Sumqayıt şəhəri ilə yanaşı ətraf qəsəbələrdə yaşayan ailələrdəki uşaqlarda cəlb olunacaqdır.

Previous articleRövnəq Abdullayev kollektivə təqdim edildi
Next articleGənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə işləri aparılacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here