Home QHT Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

387
0

Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

Sosialxəbər.az xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi layihə icra edir.Layihə “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi (COVID-19 və digər kəskin respirator infeksiyalar, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar)” adlanır və əhatə edəcəyi müddət : 01.02.2022 – 01.04.2022 təyin edilir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Maarifləndirmə tədbirlərinə köklənmiş layihə Bakı və Sumqayıt şəhərində həyata keçirilir.Beləki gnümüzün reallığı beldir ki, ölkənin hər yerindən iş dalınca əhalinin miqrasiyası bu iki şəhərə daha çoxdur. Tədbirlərin yerlərdə təşkilinə müalicə müəssisələrinin həkimləri da cəlb olunurlar.

Layihə əsasən vərəmin və COVİD in təsirinə məruz qalmış insanlar,onların ailə üzvləri və digər yaxın kontaktlarının infeksion xəstəliklərin profilaktikası və infeksiyaya nəzarət mexanizmi barədə məlumatlılığın artırlması məqsədi güdür.

Bu məqsədlərə nail olduqda, pasientlər,eyni zamanda da onların ətarfında olan insanlar infeksion xəstəliklərdən qorunmanın və müalicəyə bağlılığın əhəmiyyətini dərk edəcək və COVİD pandemiyası dövründə qoruyucu vaksinlərin əhəmiyyəti və infeksiyaya nəzarətin gücləndirilməsi kimi çox əhəmiyyətli bilgilərə yiyələnəcəklər. Layihənin icrasının birinci ayın iki həftəsi fəaliyyətlərin planlaşdırılması, sonrakı 2 ay fəaliyyətlərin icrası və sonuncu ayın son iki həftəsi isə proqram və maliyyə hesabatlarının hazırlanması, habelə hesabat iclasını əhatə edir. Ümumilikdə 4 maarifləndirici tədbiri, 3 konstruktiv görüş və 1 hesabat iclasının keçirilməsi nəzərdə tutulur. Layihənin nəticəsi kimi TƏBİB, Milli Vərəm Proqramı və Vərəməleyhinə dispanserlərlə əməkdaşlıq əlaqələrin gücləndirilməsi, COVİD dönəmində vərəm xidmətlərinə çıxış problemləri zamanı əhalinin tibb xidmətlərindən və xüsusi ilə də infeksion mühitdə davranma qaydalarına əməl etmə zamanı yarana biləcək məlumatsızlıq böhranının qarşısının alınması, dolayısı ölkənin aidiyyatı tibb strukturlarının iş yükünü azaldılması ümumilikdə isə sosial-iqtisadi inkişafa töhfə vermək olacaqdır.
Layihənin hal-hazırda icra mexanizmlərini tənzimləyəcək TƏBİB və İSİM ilə dəstək prosedurları istiqamətində konstruktiv danışıqların aparılması və eləcə də maarifləndirici çap materiallarının hazırlanmsı mərhələsi gedir.

Previous articleNAYORA-nın təşkilatçılığı ilə daha bir beynəlxalq təlim keçirilib
Next articleÇin parlamentinin sədri Sahibə Qafarovaya məktub göndərdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here