Home Hərbi Müasir silah və hərbi texnikanın alınması… – Nazir

Müasir silah və hərbi texnikanın alınması… – Nazir

369
0

Orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcək.

Sosialxəbər.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı deyib.

Nazir Azərbaycan Ordusunun hərbi qulluqçularının, o cümlədən hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarının dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.

Previous articleSəfər Mehdiyev Qənirə Paşayevaya medal verdi
Next articleHökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here