Home Cəmiyyət Gənclərin gec evlənməsinin səbəbi… – Deputatdan açıqlama

Gənclərin gec evlənməsinin səbəbi… – Deputatdan açıqlama

251
0

Azərbaycanda nikaha daxil olma yaşının artmasına səbəb sosial problemlərdir. Maddi imkansızlıq, mənzilin olmaması, işsizlik gənclərin gec yaşda ailə qurması səbəb olur.

Sosialxəbər.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, indi gənc yaşda ailə quranlar əsasən, maddi imkanı yaxşı olan ailənin uşaqları və valideynlərindən maliyyə dəstəyi görən insanlardır:

“Gec yaşda ailə quranlar isə maddi imkanı aşağı olan, stabil iş yeri, yaşamaq üçün mənzili olmayan insanlardır. Gənclər müəyyən yaşa çatandan sonra evlənmək istəyir. Ancaq maddi imkansızlıq, işsizlik buna mane olur. İş tapıb çalışmağa, özünə şərait qurmağa çalışır və bu zamanda gəlib 30-35 yaşına çatır. Gənclərin sosial problemləri həll olunmalıdır ki, onlar da vaxtında ailə qura bilsin”.

Previous articleSülhməramlılar erməni zəvvarları Amarasa gətirdi
Next articleKarantin müddətinin azaldılması bu şəxslərə də aiddir – Rəsmi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here