Home DİN Axtarışda olan qadın narkotacir saxlanıldı

Axtarışda olan qadın narkotacir saxlanıldı

292
0

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəhrəmtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, dindirilmə zamanı Y.Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş Füzuli Gəncəliyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə keçirilən baxış zamanı isə sellofan bükümlərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin, eləcə də iki ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən F.Gəncəliyevin evində axtarış aparılan zaman Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan İmişli rayon sakini Aytac Əhmədova da aşkarlanıb və o, saxlanılaraq RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Previous articleSabah Bakıda bu yollar bağlanacaq
Next articleBakıda restoranda yas məclisi təşkil edənlər həbs edildi – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here