Home Hadisə Oğuzda qohumunun evini soyan şəxs saxlanıldı

Oğuzda qohumunun evini soyan şəxs saxlanıldı

1476
0

Oğuz şəhəri ərazisində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, “Gənclik” küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub.

Müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmişin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

R.Məmmədzadə ifadəsində əməlini etiraf edib, qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Previous articleMaşınında pirotexniki vasitələr satan qadın saxlanıldı
Next articleABB işəqəbul portalını təqdim etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here