Home Cəmiyyət Türkiyədə azərbaycanlı qadının əmlakına həbs qoyuldu

Türkiyədə azərbaycanlı qadının əmlakına həbs qoyuldu

378
0

Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıblar.

Siyahıya FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu), PKK/KCK (Kürdüstan Fəhlə Partiyası/Kürdüstan İcmalar İttifaqı), habelə dini-ekstrimist və radikal solçu təşkilatların üzvləri daxil edilib.

Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nin hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Əmrə Uslu, Tuncay Opçin, Cövhəri Güvən, hazırda həbsdə olan keçmiş prokuror Zəkəriyya Öz, Tarık Toros və Abdülkərim Balcı da var.

“Əmlaka həbs qoyulması haqqında” qərara görə, FETÖ/PDY terror təşkilatının 454, PKK/KCK terror təşkilatının 108, dindən sui-istifadə edən terror təşkilatlarının 119, solçu terror təşkilatlarının 89 üzvünün, həmçinin 1 vəqfin (“Niaqara”) əmlakına həbs qoyulub.

Siyahıda 34 yaşlı azərbaycanlı Ülkər Şahmurad qızı Məmmədova da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.

Previous articleNeft bahalaşdı
Next articleƏhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi davam etdirilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here