Home Hadisə Bakıda qadın narkotacir həbs edildi

Bakıda qadın narkotacir həbs edildi

1249
0

Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb.

Sosialxəbər.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nuriyeva Nəsimi rayonu ərazisində saxlanılıb.

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S.Nuriyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Previous articleƏliyevə qarşı xüsusi kampaniya: sifarişi kimlər verib?
Next articleHərbçilərə buna görə pul ödəniləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here