Home Hadisə Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

1184
0

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Hadisənin təfərrüatı araşdırılır.

Previous articleAzərbaycanda tarixçi alim vəfat etdi
Next articleYol polisi sürücülərə xəbərdarlıq etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here