Home Qarabağ Hansısa təhlükəli bir addım görsək… – Bayramov

Hansısa təhlükəli bir addım görsək… – Bayramov

215
0

Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb:

“İki liderin bu mesajları son dərəcə əhəmiyyətlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi İrəvanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir qərar olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Bunlar təhlükəli açıqlamalardır. Bizim istədiyimiz regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasıdır”.

Previous articleŞəhidimizlə vida mərasimi – Foto
Next articleİlham Əliyev sərəncam imzaladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here