Home DİN Bakıda bu otel karantini pozdu: 25 nəfər cərimələndi – Video

Bakıda bu otel karantini pozdu: 25 nəfər cərimələndi – Video

48
0

Nərimanov rayonunda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı Ə.Rəcəbli küçəsində yerləşən “Altus” otelinin daxilində yerləşən restoranın karantin qaydalarını pozaraq gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Həmin obyektə gecə saatlarında keçirilən baxış zamanı fakt öz təsdiqini tapıb. Orada karantin qaydalarını pozan 22 nəfər və “Altus” otelin icarədarı Ş.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar ümumilikdə 8 400 manat cərimə ediliblər.

Profilaktik tədbir zamanı karantin qaydalarını pozan obyektdə olan daha 2 nəfər polisin qanuni tələbinə əməl etmədiklərinə, eləcə də tabesizlik göstərdikləri üçün onlar barəsində tərtib edilmiş protokol və toplamış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Previous article“Buta Eyrveys” bu ölkəyə uçuşlara başlayır
Next articleSahibə Qafarova İlham Əliyevi təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here