Home Hadisə Bakıda kişi qonşusunu bıçaqlayıb öldürdü

Bakıda kişi qonşusunu bıçaqlayıb öldürdü

1136
0

Oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Suraxanı rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous articleNarazı qaziyə əlillik təyin edildi
Next articleBakıda məktəb-liseyin karantin müddəti 10 gün uzadıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here