Home Təhsil Şənbə günləri də tədris mümkündür – Mehriban Vəliyeva

Şənbə günləri də tədris mümkündür – Mehriban Vəliyeva

1244
0

Əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür.

Sosialxəbər.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri bildirib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər:

“Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər. Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər”.

Mehriban Vəliyeva bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbin hamısında əyani tədris bərpa olunub.

Previous articleNeft bahalaşdı
Next articleAzərbaycanda erməni dilində markalanmış məhsullar… – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here