Home Şəhidlər Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edildi

Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edildi

9763
0

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan leytenant Eldar Müşfiq oğlu Həsənli dəfn edilib.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

***

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu da dəfn edilib.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu çavuş Anar Müstəqim oğlu Cəfərovla vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra, A.Cəfərov Gülövşə kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Previous articleHulusi Akar İran sərhədində
Next articleƏfqanıstanı müdafiə etməyə davam edəcəyəm – Qəni

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here