Home Şəhidlər Vətən müharibəsi şəhidinin doğum günüdür

Vətən müharibəsi şəhidinin doğum günüdür

6486
0

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Astanlı İqbalın doğum günüdür.

Sosialxəbər.az xəbər verir ki, İqbal İlqar oğlu Astanlı 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda doğulub.

O, Nizami Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən İqbal elə həmin il Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçib.

İqbal Astanlı kiçik yaşlarından idmanla məşğul olub. Sərbəst güləş üzrə yarışlarda dəfələrlə çempion olub, müxtəlif medallarla təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edən İqbal, Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimizin nəşi 29 sentyabr 2020-ci il tarixdə doğulduğu rayonda torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda medalı ilə təltif edilib.

Previous articleAzərbaycanda koronavirusdan ölənlərin sayı ARTDI
Next articleQəhrəman şəhidin adına bulaq inşa edilib – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here