Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, yanğının söndürülməsi məqsədilə əlavə olaraq nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.