Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəmil Natiq oğlu Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.