“Turan” İstedadlar Birliyi “Gənclər üçün peşə kurslarının təşkili və onların müvafiq işlə təmin olunmasına dəstəyin göstərilməsi” layihəsini davam etdirir.
Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Elektrik montyoru” ixtisası üzrə təlimlərə başlanılıb.
İlk təlimdə dinləyicilərə elektrotexnikanın əsas qanunları, işlədicilərin ardıcıl və paralel birləşməsi, elektrik sxemlərində şərti işarələr, sabit cərəyan dövrəsinin işi və gücü barədə ətraflı məlumat verilib. İnteraktiv qaydada keçən təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Təlimdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı layihələrin idarə edilməsi üzrə meneceri Xatirə Bəşirova iştirak edib.
Təlimlər uğurla davam etdirilir.