Home Qarabağ Əli Əsədov və Samir Nuriyev Qarabağa getdi

Əli Əsədov və Samir Nuriyev Qarabağa getdi

254
0

Martın 1-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Sosialxəbər.az xəbər verir ki, məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.

Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək.

Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.

Previous articleRus hərbçiləri çoxlu sayda texnikanı qoyub qaçdı – Video
Next articleİsmayıllıda əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığı mövzusunda tədbir keciriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here