ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından indiyə qədər təşkil olunan ilk görüşü haqqında bəyanat yayıblar.
Sosialxəbər.az xəbər verir ki, həmsədrlərin bəyanatı ATƏT-in saytında yerləşdirilib.
“Həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrı, eləcə də birgə görüşlər keçiriblər. Həmsədrlər 2020-ci ilin noyabrından bu yana xarici işlər nazirlərinin baş tutan ilk görüşünü iki ölkənin sülh prosesini birbaşa dialoq vasitəsilə yeniləmək qərarına işarə hesab edir”, – deyə bəyanat bildirilib.
Həmsədrlər bundan sonra tərəflərlə yerdə qalan məsələlərin həlli üçün birgə fəaliyyəti davam etdirəcəklərini qeyd ediblər. Onlar vasitəçilərin situasiyanın deeskalasiyası və mümkün növbəti addımlar üçün konkret məqsədyönlü tədbirlər təklif etdiklərini də vurğulayıblar.