“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.
Sosialxəbər.az xəbər verir ki, bu barədə Fulya Öztürk sosial media hesabında paylaşım edib.
Film 7 oktyabrda Avropa, 8 oktyabrda isə Türkiyə kinoteatrlarında izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, film Vətən müharibəsi zamanı müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi yolu əks etdirir.